ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.
Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.
Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.