AZ

"Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyirik" - Ceyhun Bayramov

Gürcüstanın Baş Prokurorluğu müxalifətçi və keçmiş parlament üzvü Aleksandr Elisaşviliyə zorakılıqdan istifadə edərək siyasi motivlərə görə təqib etmək ittihamı irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Xatırladaq ki, Elisaşvili dünən Tbilisidə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə siyasi motivlərlə hücum edib onu döydüyünə görə saxlanılıb.

Qeyd olunur ki, müxalifətçi üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan zorakılıq tətbiq etməklə siyasi motivlərə görə təqib maddəsi ilə ittiham olunur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək.

Seçilən
31
azpolitika.info

1Mənbələr