AZ

Putin öz fərmanına mühüm dəyişiklik etdi: Bundan sonra...

Rusiya qazına görə ödənişlər artıq konkret bir bank – Qazprombank-la həyata keçirilməyəcək.

Musavat.com xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinin bu gün 31 mart 2022-ci il tarixli 172 nömrəli “Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” fərmanına dəyişiklik edib.
Yeni fərmanda sadəcə olaraq “müvəkkil bank”dan bəhs edir.

Dəyişikliyə səbəb noyabr ayında Rusiya qazı üçün ödənişlərin həyata keçirildiyi Qazprombank-ın ABŞ tərəfindən sanksiya siyahısına salınmasıdır.
Yeni fərman həmçinin müvəkkil banka təbii qazın dəyərinin xarici alıcı tərəfindən üçüncü şəxslərdən alınan rublla ödənilməsinə icazə verir. Bundan əvvəl ödənişin xarici valyutada Qazprombank-a təqdim edilməsi, onun isə Rusiya Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə ilə rubla çevirməsi tələbi vardı.


Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr