AZ

Metroda tibb məntəqələri quraşdırılacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər gün minlərlə insan metrodan istifadə edir. Günün pik saatlarında isə bu rəqəm bir neçə dəfə artır. Bəzi hallarda sərnişinlər arasında səhhəti pisləşən şəxslər olur ki, bu da metrostansiyalarda tibb məntəqələrinin quraşdırılması məsələsini gündəmə gətirir.
"Sıxlıq zamanı insanların halı pisləşir. Belə hallarda yardım göstərilməsi üçün metrostansiyalarda tibb məntəqələrinin yaradılması yaxşı olardı" , - deyə sakin Baku TV-nin mövzu ilə bağlı sakinlər arasında keçirdiyi sorğu zamanı deyib.
Türkiyə, Kanada, İsrail və Norveç kimi ölkələrdə metrostansiyalarda tibb məntəqələrinin quraşdırılması təcrübəsi mövcuddur. Bəs görəsən, bu təcrübə Azərbaycanda tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, hər hansı dövlət müəssisəsində tibb məntəqəsi yaradılması üçün ilk növbədə Nazirliyə müraciət edilməlidir:
"Müraciət əsasında yaradılan məntəqə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən yoxlanılır və müvafiq rəy verilir. Müsbət rəy alındığı halda, məntəqədə çalışacaq tibb heyətinin seçimi aidiyyəti qurum tərəfindən həyata keçirilir".
"Bakı Metropoliteni" QSC-nin sözçüsü Bəxtiyar Məmmədov isə bildirib ki, səhiyyə sistemi ilə qarşılıqlı əməkdaşlıq davamlı şəkildə təmin edilir:
"Son dövrlərdə metropoliten daha çox təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə əməkdaşlığı genişləndirib. Bununla belə, dövri monitorinqlər aparılır və nəticələri təhlil edilir".
Ətraflı süjetdə:
phrase_var_article.chosen
38
50
oxu.az

10phrase_var_article.sources