Argentina prezidenti Xavyer Miley siyasətdə mərkəzçiliyə meyli axmaqlıq adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz vergi ödəyicisinin hesabına əbədi yaşamağa davam etməyə yönəlmiş paktlar kimi başqa bir şey olmayan məşhur siyasi konsensusların əldə edilməsində maraqlı deyilik”, – deyə o vurğulayıb.
Maylinin fikrincə, mərkəzçilər “cinayətkar sol”a güzəştə getdiyi üçün “ölkədə konsensus və ədəb-ərkan tələb edənlərə yer yoxdur”. O, həmçinin mühafizəkarları solçu ideyalara qarşı “mədəni döyüş” aparmağa çağırıb.
“Vladimir Leninin dediyi kimi, inqilabi nəzəriyyə olmadan heç bir inqilabi hərəkat ola bilməz”, – deyə prezident öz mövqeyini açıqlayıb.