AZ

ABŞ dolların ehtiyat valyuta statusuna görə hər il 100 milyard qazanır

"ABŞ dolların qlobal ehtiyat valyutası kimi istifadəsi səbəbindən hər il 100 milyard dollara qədər gəlir əldə edir".

Valyuta.az xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Verona Avrasiya İqtisadi Forumunda "McKinsey" beynəlxalq konsaltinq şirkətinin hesablamalarına istinadən bildirib.

"Dolları dünyanın ehtiyat valyutası kimi saxlamaq bütün Amerika iqtisadiyyatına böyük dividendlər gətirəcək", deyə Rusiya enerji şirkətinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ABŞ dolları ilə borcun maliyyələşdirilməsinin dəyəri süni şəkildə aşağı salınır.

Yayda "Rosneft"in rəhbəri bəyan etmişdi ki, qlobal iqtisadiyyatda və siyasətdə davam edən dəyişikliklər ABŞ dollarının dünya ticarətindəki rolunun azalmasına gətirib çıxarır. O hesab edir ki, ölkələr arasında ticarətdə milli valyutaların istifadəsini daha da genişləndirmək üçün infrastruktur yaratmaq lazımdır.

Cümə axşamı İqor Seçin qlobal enerjini hədəflərdən biri və hibrid müharibənin aləti adlandırıb. Onun sözlərinə görə, müharibə dünyanın hər yerində, hardasa qaynar, hardasa hibrid gedir. Onun sözlərinə görə, sonuncu, o cümlədən texnologiya, iqlim, maliyyə, ticarət və mədəniyyət sahələrində baş verir.

Paşa Məmmədli

Seçilən
46
valyuta.az

1Mənbələr