AZ

ABŞ şirkətlərinə kiberhücumlar təşkil edildi

Kiberhücumçular ABŞ-ın azı 8 telekommunikasiya şirkətini hədəf alıb. Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama verib. Açıqlamada ABŞ-la yanaşı digər ölkələrə də kiberhücumlar təşkil edildiyi açıqlanıb. Məlumata görə, ABŞ telekommunikasiya şirkətlərinə kiberhücumlar Çin dövləti tərəfindən dəstəklənən hakerlər tərəfindən həyata keçirilib. Hücumçuların, xüsusən də hökumət və siyasi vəzifələrdə olan məmurların telefon dinləmə qeydlərinə və mobil məlumatlarına çıxış əldə etdiyi bildirilib.

Hadisə ilə bağlı Federal Təhqiqat Bürosu və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma başlayıb. Araşdırmada “Microsoft” və “Google” kimi şirkətlərin də iştirak etdiyi deyilir.

Seçilən
22
metbuat.az

1Mənbələr