"Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddədən 15-i üzrə razılığa gəliblər".
Publika.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.
O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib.