AZ

Rusiya Polşaya nota verdi

Moskva Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanması barədə nota ilə Varşavanı xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota göndərib və bildirib ki, Rusiyanın Poznandakı baş konsulluğunun Polşa hakimiyyəti tərəfindən noyabrın 30-da bağlanmasına cavab olaraq, Rusiya tərəfi Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı 2025-ci il yanvarın 10-dan etibarən geri çəkir", - deyə məlumatda bildirilib.

Bundan əlavə, Polşa baş konsulluğunun üç əməkdaşı "arzuolunmaz şəxs" elan edilib və onlar Rusiya ərazisini tərk etməlidirlər.

"Polşa tərəfinə bildirilib ki, Rusiyaya qarşı istənilən qeyri-dost addıma görə Moskva sərt cavab tədbirləri görüb və görməyə davam edəcək", - deyə Rusiya XİN-dən əlavə edilib.

Seçilən
41
23
axar.az

10Mənbələr