AZ

Dövlət qulluğu imtahanlarına səriştə modeli tətbiq ediləcək

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 5.4-cü bəndinə əsasən dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq olunması ilə bağlı hazırlıq işləri davam edir.TehsilForumu.Az-ın məlumatına əsasən, Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 5 dekabr 2024-cü il tarixindəki, 5 dekabr 2024-cü il tarixindəki, 5 dekabr 2024-cü il tarixində ümumi səriştələrin qiymətləndirilməsi üçün yeni alət – situasiya mühakimə testləri üzrə tapşırıqların keyfiyyət parametrlərinə uyğunluğunu araşdırmaq üçün növbəti sınaq təşkil edilib. Sınaq prosesinə müxtəlif dövlət orqanlarında işləyən dövlət qulluqçuları ilə yanaşı, əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər də cəlb olunub. Yoxlama prosesində ümumilikdə 308 nəfər iştirak edib.Məlumat üçün bildiririk ki, 10-11 dekabr tarixlərində sınaqların davam etdirilməsi planlaşdırılır.Qeyd edək ki, səriştə modeli dövlət qulluğuna qəbul, habelə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı namizədlərin komandada işləmək, effektiv kommunikasiya qurmaq, vəzifə öhdəliklərini icra edərkən öz üzərinə məsuliyyət göstərmək, nəticələr əldə etmək və s. kimi səriştələrinin əsas meyarlardan biri kimi götürməyi nəzərdə tutur və bu istiqamətdə sistemli yanaşma təklif edir.

Seçilən
18
3
tehsilforumu.az

5Mənbələr