ABŞ-dan Ukraynaya hərbi yardım üçün 9 milyard dollardan çox vəsait qalıb.
HİT.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, təcili silah tədarükü üçün nəzərdə tutulmuş Prezidentin Sərəncam Təşəbbüsü (Presidential Drawdown Authority - PDA) çərçivəsində 6,8 milyard dollar mövcuddur. Bundan əlavə, Ukraynanın Təhlükəsizlik Yardımı Təşəbbüsü (Ukraine Security Assistance Initiative - USAI) proqramı çərçivəsində 2,21 milyard dollar ayrılıb. Bu proqram ABŞ Müdafiə Nazirliyinə yeni texnikanın alınması üçün istehsalçılarla müqavilələr bağlamaq imkanı verir.
PDA ABŞ prezidentinə, təcili addımlar atılmasını tələb edən vəziyyətlərdə, Konqresin ilkin razılığı olmadan tərəfdaşlara silah tədarükü imkanı yaradır. USAI isə büdcə ayırmalarına əsaslanır və Ukraynanın hərbi ehtiyatlarının uzunmüddətli şəkildə artırılması üçün istifadə olunur.
Rayder qeyd edib ki, bu yardımlar Ukraynanın müdafiə qabiliyyətini dəstəkləməyə davam edən artıq təsdiqlənmiş proqramlar çərçivəsində ayrılır.
Qeyd edək ki, 2 dekabr tarixində ABŞ-ın Ukraynaya 725 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcəyi açıqlanmışdı. Bu paketin tərkibinə piyada əleyhinə minalar, pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursatlar daxil olacaq.
Samir