AZ

Pankin: İrəvanın KTMT-yə borcu var

Ermənistanın KTMT-yə borcu ola və onu iki il ödəməyə bilər, indi 2024-cü il üçün borc var, müddəti 2025-ci ilin sonunda başa çatacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin deyib.

“Ermənistan bu borcu iki il ödəməyə bilər. Əlavə müvafiq qərarlar qəbul ediləcək. KTMT-nin istənilən üzvü borclana bilər. Elə hallar olub ki, başqa ölkələr də borclanmağa məcbur olub”, - o bildirib.

Seçilən
16
1
axar.az

2Mənbələr