AZ

Rusiya qazını alan ölkələrə ŞAD XƏBƏR: Rəsmən ləğv edildi

Rusiya prezidenti Vladimir Putin 2 ildən sonra ilkə imza ataraq ABŞ-ın sanksiyalar siyahısına daxil etdiyi “Qazprombank” ilə bağlı mühüm qərar verib.

Publika.az xəbər verir ki, Putinin imzaladığı fərmanla 31 mart 2022-ci il tarixli qərarda Rusiya qazını alan xarici şirkətlərə tətbiq edilən xüsusi ödəniş prosesi ilə bağlı yenilik edilib.

Vladimir Putin Rusiyadan qaz alan şirkətlərin “Qazprombank”a ödənişlərini etmək öhdəliyini ləğv edib. Yeni qərara əsasən, şirkətlər artıq Rusiya qazı üçün ödənişləri üçüncü tərəf banklar vasitəsilə də həyata keçirə bilər.

Xatırladaq ki ABŞ administrasiyası Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün noyabrın 21-dən etibarən “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Seçilən
58
publika.az

1Mənbələr