"Mən anamla həmişə bu barədə söhbət edirəm, amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən "Nürnberq"in hücumçusu Mahir Emreli klubun “yutub” kanalına açıqlamasında deyib.
O, aparıcının "ananız sizdən beşinci qolu gözləyir" replikasına belə cavab verib:
“Onu deməliyəm ki, mən həmişə yekun nəticəyə əhəmiyyət verirəm. Mənim üçün ən önəmlisi hər oyundan 3 xalla ayrılmaqdır.
Əgər anam məndən növbəti qolu vurmağımı gözləyirsə, mən bunu edəcəm. Beşinci, hətta altıncı qolumu vuracam".