AZ

Donald Trampa 260 milyon dollar xərcləyib - CNN

"Space X" şirkətinin qurucusu İlon Mask ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına 260 milyon dollar pul xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" Federal seçki komissiyasına istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı milyarder seçkilərdə böyük sponsorlardan birinə çevrilib və bu, nəticələrə ciddi təsir göstərib.

Tramp öncə bəyan etmişdi ki, İlon Mask və digər bir iş adamı Vivek Ramasvami hökumətin səmərəliliyinin artırılması və bürokratiyaya qarşı mübarizə ilə məşğul olan yeni departamentə rəhbərlik edəcək.

Həmin qurumun Ağ Evlə birgə genişmiqyaslı struktur islahatları həyata keçirəcəyi bildirilib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
11
50
teleqraf.com

10Mənbələr