AZ

Gizli şəkildə estetik əməliyyata gedən Peru prezidenti barədə istintaqa başlayıb

Peru Baş Prokurorluğu ölkə prezidenti Dina Boluarteyə qarşı vəzifə səlahiyyətlərini yerinə yetirməmək və vəzifəsini qanunsuz tərk etməkdə şübhəli bilərək, ilkin istintaqa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Prokurorluğun məlumatına görə, 29 iyun - 9 iyul 2023-cü il tarixləri arasında Boluarte plastik cərrahiyyə əməliyyatı səbəbiylə prezident səlahiyyətlərini icra etməyib, lakin bu barədə Nazirlər Kabinetinə və Konqresə məlumat verməyib. Peru administrasiyası bunu rəsmi qeydlərdə onun bu günlərdə ictimai tədbirlərdə iştirak etdiyini göstərməklə gizlədib.

Boluarte konstitusiya prosedurlarını pozmaqda ittiham olunur, çünki o, səfərdə olarkən səlahiyyətlərini Konqresə təhvil verməli idi.

Qeyd edək ki, Peru prezidenti Dina Boluarte 2023-cü ilin yayında plastik cərrahiyyə əməliyyatı (rinoplastikaya - burun əməliyyatı) keçirmək üçün iki həftə ərzində ictimaiyyət qarşısına çıxmayıb və bu müddət ərzində öz səlahiyyətlərini Konqresə ötürməyib. Bu hərəkət konstitusiya prosedurlarının pozulması kimi qiymətləndirilib və prezidentin vəzifəsindən kənarlaşdırılması tələblərinə səbəb olub.

Rəsmi hesabatlarda prezidentin həmin günlərdə müxtəlif ictimai tədbirlərdə iştirak etdiyi bildirilsə də, jurnalist araşdırmaları onun ictimaiyyət qarşısında görünmədiyini sübut edib. Dina Boluartenin səlahiyyətlərini Konqresə təhvil verməməsi konstitusiyaya zidd olaraq qiymətləndirilib. Hüquqşünaslar bu hərəkətin dövlətin idarəetməsində boşluq yaratdığını vurğulayıblar.

Bundan əlavə, 2023-cü ilin mart ayında Peru baş naziri Qustavo Adrianzenin verdiyi məlumata əsasən, prezidentin şəxsi evində və rəsmi iqamətgahında axtarışlar aparılıb. Bu axtarışlara səbəb Dina Boluartenin bəyan olunmamış lüks saat kolleksiyasını saxlaması ilə bağlı araşdırma olub.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr