AZ

Anna Akopyan Ermənistanın gələcək baş naziridir?

Ermənistanda hakim komanda içində növbəti seçkidə partiya siyahısına Ermənistanın baş nazirinin xanımı Anna Akopyan başçılıq edəcəyi barədə söhbətlər dolaşır...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın  “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Ermənistanın birinci xanımın son zamanlar aktivliyi məhz bununla bağlıdır.

“Anna Akopyanın hiperaktivliyini izah edən məhz bu səbəbdir. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir”, deyə nəşr yazır.

“Hraparak” qeryd edir ki, hakim “Mülki Müqavilə” partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri Anna Akopyanın ssenarisinə uyğun aparılıb.

Nəşr qeyd edir ki, hakim komanda bir şeyi nəzərə almadılar.

“Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, deyə “Hraparak” vurğulayır.

Poliqon.info

Seçilən
17
7
poliqon.info

10Mənbələr