ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Çindəki səfiri vəzifəsinə keçmiş senator Devid Perdunun namizədliyini irəli sürdüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Truth sosial şəbəkəsindəki səhifəsində yazıb
“David Çinlə əlaqələrimizə dəyərli təcrübə gətirəcək.
O, Sinqapur və Honq-Konqda yaşayıb və karyerasının çox hissəsini Asiya və Çində çalışıb.
O, mənim regionda sülhün qorunması strategiyamın və Çin liderləri ilə məhsuldar işgüzar əlaqələrin həyata keçirilməsində mühüm rol oynayacaq” - o, qeyd edib.
Perdu 2015-2021-ci illərdə ABŞ Senatında çalışıb.