Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin Türkiyənin Ehtiyatda Olan Gizirlər Birliyinin qurultayında iştirak edib.
XVII qurultayını keçirən Ehtiyatda Olan Gizirlər Birliyi Türkiyənin 150 mindən artıq ehtiyatda olan gizirlərini təmsil edən təşkilatdır. Onların ailə üzvləri də bu birliyin üzvüdür. Bütünlükdə bir milyona qədər insanı birləşdirən təşkilatda təmsil olunan hərbçilər Silahlı Qüvvələrdə uzun müddət şərəflə xidmət edib.
Birlik üzvlərinin Türkiyə Silahlı Qüvvələrində özünəməxsus yeri var. Öz borcunu sona qədər yerinə yetirib şəhid olan gizir Ömər Xalis Dəmir bu gün Türkiyədə ön önəmli adlardan birdir. Bu gün Türkiyənin xarici işlər naziri, bundan əvvəl isə MİT başqanı olmuş Hakan Fidan da gizir kimi xidmət etmişdir.
Bu günə qədər Ehtiyatda Olan Gizirlər Birliyi Türkiyənin əsas dörd əsgəri təşkilatından biri kimi çox böyük nüfuza malikdir. Türkiyədə Ehtiyatda Olan Zabitlər Birliyi, Müharibə Veteranları Birliyi, Müharibə Əlilləri və Şəhid Ailələri Birliyi də fəaliyyət göstərir. Bu yaxınlarda isə Çavuşlar Birliyi də yaradılıb və artıq beş əsgəri təşkilat fəaliyyət göstərir.
Qurultayda çıxış edən Emin Həsənli Türkiyə Azərbaycan qardaşlığının daim yüksək olduğunu, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamını yada salıb. Bildirib ki, Çanaqqala İstiqlal savaşında Azərbaycan türklərinin şəhid oldu, Bakı qurtuluşunda Nuru Paşanın rəhbərliyi ilə Türk Ordusunun 1130 şəhid verdi.
“Azərbaycan ictimaiyyətinin, Azərbaycan ziyalılarının, iş adamlarının İstiqlal Savaşında Türkiyənin yanında oldu. Nəriman Nərimanovun Atatürkə yazdığı məktubunda yazdıqlarını indi hamı bilir: “Qardaş qardaşın əlindən tutar, borc verməz”.
Emin Həsənli Ulu öndər, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” nəzəriyyəsinin çox önəmli olduğu bildirdi. Natiq müstəqillik əldə edildikdən sonra Azərbaycanın müstəqilliyini ilk tanıyan və Azərbaycana hər cürə dəstək olan qardaş ölkəyə öz minnətdarlığını ifadə etdi. Türkiyənin də ən ağır dövrlərində istər zəlzələ zamanı, istər meşə yanğınları zamanı Azərbaycan dövlətinin qardaşlarının yanında olduğunu yada saldı.
Azərbaycan və Türkiyənin qardaşlığına bariz nümunə olan faktları sadalayan birlik sədri iki ölkə arasında əlaqələrin hərbi, elmi, mədəni, siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini bildirdi: “Eyni zamanda qeyri hökumət təşkilatları, media, mədəniyyət sahəsində yüksək əməkdaşlıq var. Bu sevindirici haldır və əminəm ki, gələcəkdə də ən yüksələn xətlə davam edəcəkdir. Prezident İlham Əliyev “Bir millətin bir diasporu olar və Türkiyə Azərbaycan diasporu birgə fəaliyyət göstərməlidir” deyib və Türkiyə Azərbaycan qardaşlığının əbədi olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan və 85 milyonluq türk xalqı Vətən müharibəsində Azərbaycana mənəvi dəstək verib. Azərbaycan xalqı döyüşərək, üç mindən artıq şəhid verərək torpaqlarını işğaldan azad edib. Suverenliyin ərazi bütövlüyünü bərpa edib və Türkiyədə hər zaman Azərbaycanın yanında olub, mənəvi siyasi dəstək verib və gələcəkdə də bu əməkdaşlığımız daimi yüksələn xətlə davam edəcək. Bu gün beynəlxalq arenada Azərbaycan Türkiyəyə, Türkiyə də Azərbaycana haqq işində dəstək verir. Türk Dövlətləri Təşkilatında da fəaliyyətimiz daim bu istiqamətdə irəliləyəcəkdir və gələcəkdə Turan Birliyi, Turan Ordusu qurulacaqdır. Bu istiqamətdə Azərbaycan və Türkiyənin səylərinə Özbəkistan, Qazaxıstan, Macarıstan, Qırğızıstan, Türkmənistan və Kıprızın da dəstək verməsi çox önəmlidir”.