Azərbaycan Kubokunun 33 mövsümündə 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib.
Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, kubokun 2024/2025 mövsümünün 1/8 final mərhələsidə baş tutan "Turan Tovuz" - "Sabah" matçında gerçəkləşib.
Paytaxt təmsilçisi Tovuz klubu ilə səfərdəki dueldən qalib ayrılıb – 2:2 (3:1-p.). Bu, həm də cari mövsümündə penaltilər seriyasına qədər uzanan ilk matçdır.
Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da bəlli olub. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, 5:4-p.), “Şəfa” “Şəmkir”ə (1:1, 5:3-p.) qalib gəlib.
Həm “Sabah”, həm də “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.