“Mercedes” Papaya elektromobil bağışladı
Alman avtomobil şirkəti “Mercedes-Benz” Vatikana ilk dəfə mühərriki elektriklə işləyən yeni avtomobil bağışlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
““Mercedes-Benz”in baş direktoru Ola Kallenius və layihədə iştirak edən komanda üzvləri Vatikanda Papa Fransiskə yeni elektrik “G-Class” əsasında hazırlanmış unikal əl işi avtomobili şəxsən təqdim ediblər”, - məlumatda bildirilib.
Şirkət qeyd edib ki, “Mercedes-Benz” 100 ilə yaxındır ki, Vatikana avtomobillər tədarük edir.
Yeni elektrik avtomobili ilə Fransisk 2025-ci ildə Romaya axını gözlənilən zəvvarları qarşılaya biləcək.
Bu avtomobil “G580” modelinin fərdi versiyasıdır. Avtomobil dörd motor-təkər və fırlanan oturacaqla təchiz edilib.