AZ

2024-cü ildə bu məmurlar vəzifəsindən azad edilib – SİYAHI

Əvvəlki illərdə olduğu kimi, 2024-cü il də bir sıra məmurların işdən azad edilməsi ilə yadda qaldı. Onların siyahısında yüksək vəzifə tutmuş şəxslər də az deyil. Həmin məmurlardan bəziləri deputat seçildiyi üçün vəzifələrindən azad ediliblər.

Bir çoxları isə postları ilə vidalaşdıqdan sonra yeni vəzifəyə təyinat almayıblar.

Milli.Az bizim.media-ya istinadən 2024-cü ildə vəzifədən azad edilmiş məmurların siyahısını təqdim edir.

Fikrət Məmmədov

2000-2024-cü illər arasında Azərbaycan Respublikasının ədliyyə naziri olub. Fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra Nazirlər Kabinetinin yeni tərkibində Fikrət Məmmədov yer almayıb. O, Prezidentin 23 fevral tarixli sərəncamı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Aydın İbadov

Aprelin 16-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, 2019-cu ilin oktyabrından bu vəzifədə çalışıb.

Nüsrət Şirinov

2024-cü ilin martın 13-də general-mayor Nüsrət Şirinov Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, 2016-cı ildən bu vəzifəni daşıyırdı.

Ruslan Əliyev

2024-cü ilin martında Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən azad edilib. Cari ilin aprelin 1-dən etibarən o, "AzərEnerji" ASC-nin vitse prezidentinin texniki məsələlər üzrə müavini vəzifəsində çalışır. O, 2019-2024-cü illərdə Azəriqaz İstehsalat Birliyinin Baş direktoru olub.

Sübhan Bəkirov

Bu ilin yanvarında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsindən istefaya göndərilərək, ehtiyata buraxılıb. O, Azərbaycan Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub. 4 noyabr 2022-ci ildə ona Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Vitse-admiralı ali hərbi rütbəsi verilib.

Heydər Piriyev

General-leytenant Heydər Kamal oğlu Piriyev bu ilin yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib. O, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Şahin Seyidzadə

Şahin Seyidzadə 2024-cü ilin sentyabrın 1-də keçirilən seçkilərdə Milli Məclisin deputatı seçildiyi üçün 23 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. O, 2022-ci ilin martın 3-də bu vəzifəyə təyinat almışdı.

Asif Əsgərov

Asif Yunis oğlu Əsgərov bu ilin sentyabrında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Buna səbəb parlamentə keçirilən son seçkilərdə qalib gələrək, Milli Məclisin deputatı seçilməsidir. O, 2015-ci ildən 9 il ərzində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olub. Bundan əvvəl isə Səbail Rayon İcra Hakimiyyətinin (2009-2015) və Zaqatala Rayon İcra Hakimiyyətinin (2006-2009) başçısı vəzifələrində çalışıb.

Heydər Əsədov

Heydər Xanış oğlu Əsədov VII çağırış Milli Məclisin deputatı seçilməsilə əlaqədar 23 sentyabr 2024-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib. O, 2019-cu ildən  Azərbaycan Dövlət Dəniz Akademiyasının  rektoru vəzifəsində çalışırdı. Ondan əvvəl isə 2007-2013-cü illərdə Hesablama Palatasının sədri və 2013-2018-ci illərdə kənd təsərrüfatı naziri vəzifələrini tutub.

Kamran Əliyev

Martın 27-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Qeyd edək ki, K.Əliyev, eyni zamanda idarənin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi vəzifəsini tuturdu.

İlqar Mustafayev

İlqar Mustafayev bu ilin yanvarında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib.
O, 2015-ci ildən bu vəzifədə çalışırdı. Cari ilin sentyabr ayında isə İlqar Mustafayev külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilərək həbs edilib.

Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb.

Rasim Hüseynov

Aprelin 29-da Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. R.Hüseynov 2016-cı ilin martından bu vəzifədə çalışıb.

Yəhya Musayev

Yəhya Musayev 2024-cü ilin yanvarın 12-də Azərbaycan Prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi Nazirinin müavini vəzifəsindən azad edilib. O, 15 dekabr 2006-cı ildən bu vəzifəni tuturdu.

Milli.Az

phrase_var_article.chosen
21
7
milli.az

10phrase_var_article.sources