AZ

Hakim partiyasının lideri prezidentin səlahiyyətlərinin dayandırılmasını dəstəkləyib

Cənubi Koreyada hakim “Vətəndaş Gücü” Partiyasının lideri Han Don Hun bildirib ki, “yeni aşkar edilmiş faktlarla” əlaqədar o, prezident Yun Sok Yolun səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasının tərəfdarıdır....

Poliqon xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl hakim partiyanın lideri müxalifətin prezidentə impiçment elan etmək niyyətinin qarşısını alacağını bəyan edib.

“Yeni aşkar edilmiş halları nəzərə alaraq hesab edirəm ki, Koreya Respublikası və onun vətəndaşları naminə prezidentin öz vəzifələrini yerinə yetirməsinə mane olmaq lazımdır”, deyə Han bildirib. Siyasətçinin sözlərinə görə, Yun hakimiyyətdə qalmaqda davam edərsə, “hərbi vəziyyətə bənzər” vəziyyətin təkrarlanması təhlükəsi var.

Xatırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti “Şimali Koreyaya rəğbət bəsləyən müxalifətlə qarşıdurmanın zəruriliyini” elan edib və bu məqsədlə ölkədə parlamentin, partiyaların və müstəqil medianın fəaliyyətini qadağan edən hərbi vəziyyət tətbiq edilib. Tezliklə parlament üzvləri bu qərarın əleyhinə səs veriblər. Dekabrın 7-də parlament prezidentin impiçmenti layihəsinə səs verəcək.

Poliqon.info

Seçilən
27
50
poliqon.info

10Mənbələr