Ukrayna Silahlı Qüvvələrinin sıralarında hərbi qulluqçuların yorğunluğu səbəbindən fərarilik hallarının sayı artır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
“Yorğunluq bu məsələdə rol oynayır. Bundan əlavə əsgərlərin övladı dünyaya gələndə məcbur əsgərlikdən yayınırlar. Nəticədə bəzi qoşunlar dincəlmək şansı olmadan cəbhə xəttindədir. Onları əvəz etmək üçün kifayət qədər yeni qoşun yoxdur”, - deyə agentliyə ukraynalı hərbçi Aleksandr Qrinçuk deyib.
Nəşr vurğulayır ki, Kiyev ölkənin iqtisadiyyatına mənfi təsir göstərə biləcək və "müharibədən yorulmuş əhalini sabitsizləşdirə biləcək" hərbi çağırışdan qaçmağa cəhd edir.
Bizim.Media