Hökumət komandası deyir ki, növbəti seçkilərdə onun siyahısına Ermənistanın baş nazirinin xanımı Anna Akopyan başçılıq edəcək. Bu barədə “Hraparak” qəzeti yazır.
“Onun hiperaktivliyini izah edən məhz budur. Hökumətdə onun ofisi, işçi heyəti və PR komandası var. O, nəinki yerli və xarici qonaqları qəbul edir, müxtəlif tədbirlər təşkil edir, həm də heç bir vəzifəsi olmadan dövlətin kadr siyasətini özü həll edir. “Mülki Müqavilə” partiyasının üzvlərinin sözlərinə görə, son kadr dəyişiklikləri onun ssenarisinə uyğun aparılıb.
Ancaq bir şeyi nəzərə almadılar: Anna Akopyanın antireytinqi Nikol Paşinyanınkından daha yüksəkdir”, - “Hraparak” qeyd edir.
Almaz Həsənli