AZ

Sanksiyalara görə Rusiyadan Türkiyəyə turist axını kəskin azalıb

Türkiyənin kredit təşkilatlarının Qərb ölkələrinin məhdudiyyətlərinə uyğunlaşması Moskva ilə Ankara arasında, o cümlədən turizm sahəsində əməkdaşlığa mənfi təsir göstərir...

Poliqon xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov RİA Novosti agentliyinə müsahibəsində deyib.

Agentlik xatırladır ki, çərşənbə günü Türkiyənin Ekonomim qəzeti rusiyalı turistlərin Türkiyədə kurort mehmanxanalarının erkən bronlaşdırılmasının dayandırılması barədə yazıb. Buna səbəb ABŞ-ın "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyalar olub.

"Vəziyyət öz sözünü deyir. Türkiyənin bank sisteminin qeyri-qanuni Qərb sanksiyalarına uyğunlaşması təbii olaraq bizim əməkdaşlığımıza, o cümlədən turizm sahəsindəki əməkdaşlığımıza ziyan vurur", deyə diplomat bildirib.

Bir gün əvvəl RİA Novosti ABŞ-ın "Qazprombank"a qarşı tətbiq etdiyi sanksiyaların rusiyalı turistlərin Türkiyəyə səyahətə marağının azalmasına səbəb olduğunu yazmışdı. Məsələ burasındadır ki, məhdudiyyətlərin tətbiqindən sonra Türkiyədə "Qazprombank" "UnionPay" kartlarından istifadə qeyri-mümkün olub.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr