Dekabrın 6-na keçən gecə Suriya – Livan sərhədində İsrail Hərbi Hava Qüvvələri Hizbullahın daşınma bazalarına və silahların çatdırılma yollarına hücum edib.
KONKRET.az xəbər verir ki, Suriya ərazisindən silah daşınmasına cavabdeh olan 4400-cü Hizbullah bölməsinin obyektlərinə hücum edilib. Məlumatda deyilir: “Hizbullah Suriya rejiminin dəstəyi ilə terror hücumları həyata keçirmək və İsrail dövlətinin vətəndaşlarına qarşı istifadə üçün nəzərdə tutulmuş silahları ötürmək üçün mülki infrastrukturdan istifadə edir”.
Vəli Həsənoğlu,
KONKRET.az