AZ

Sahib Alıyev: "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu hər kəsə aydındır"

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans gözlənildiyi kimiİrəvandakıları təşvişə salıb.Orada hakimiyyətə yaxın kütləvi informasiya vasitələri və teleqram kanalları bu konfransının önəmini azaltmağa çalışsalar da, digərləri prosesin nəyə doğru getdiyini tam da olmasa anladıqlarını göstərirlər.

AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev feysbuk səhifəsində qeyd edib.

O əlavə edib ki, əslində birincilər də bunun yaxşı fərqindədirlər, elə məhz ona görə də 51 ölkədən gəlmiş100-dən çox əcnəbi millət vəkilinin, icitmai xadim və ekspertin qatıldığı beynəlxalq tədbirin əhəmiyyətini azaltmaq siyasəti yeridirlər.

"Bu da dəvəquşunun başını quma soxmağına bənzəyir. Amma cənab İlham Əliyevinkonfrans iştirakçılarına müraciətində də qeyd olunduğu kimi Ermənistan cəmiyyətində xalqımıza qarşıelə dərin nifrət hissi kök salıb ki, orada heç bir siyasi qüvvəQərbi Azərbaycan kökənlilərin öz yurd yerlərinə dönmələrini istəmir.

Qoy istəməsinlər, ancaq Ermənistandakıların nə düşünmələrindən asılı olmayaraq "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu, ona başlanıldığı,bununsadəcə soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə aydındır", - deputat qeyd edib.

Seçilən
20
aznews.az

1Mənbələr