AZ

Renkanın oğlu çıxılmaz vəziyyətə düşüb

Rəqqasə Renka (Rəna Ağamuradova) oğlu Murad ilə bağlı açıqlama verib.

News24,az OLAY-a istinadla yazır ki, rəqqasə qonaq olduğu “Rəngarəng” verilişində övladının Polşada universitetə qəbul olduğunu deyib.

Renka bildirib ki, səfirlik vizanı vermədiyi üçün Murad artıq ikinci ildir ki, onlayn təhsil almaq məcburiyyətində qalıb:

“Oğlum Murad Polşada universitetə daxil olub. Artıq o böyük oğlandır. Amma oğlum Polşaya oxumağa gedə bilmir. Buna səbəb isə səfirliyin ona viza verməməsidir. Oğlum artıq ikinci kursdadır və onlayn şəkildə oxumaq məcburiyyətində qalıb. Viza məsələsi çətinləşib. Bu vizanı ikinci kurs tələbəsi belə ala bilmir. Adam qalmayıb ki, ona müraciət edim ki, viza məsələsini həll eləsin. Əgər kimsə vizanın alınmasının ən düzgün yolunu bilirsə, bizə yardım etsin. Onlayn oxusa da, lazımdır ki, Polşaya getsin”.

Qeyd edək ki, Renkanın Muraddan savayı Namiliya adlı bir qız övladı da var. 

Seçilən
11
5
news24.az

6Mənbələr