AZ

Suriyada uduzan tərəf üzünü Cənubi Qafqaza çevirəcək

Yaxın Şərqdə baş verən hadisələr Cənubi Qafqaza da təsir göstərə bilər. 

Ankaranın Suriyada öz hədəflərinə nail olması, Rusiyanın və İranın bu ölkədə mövqelərinin zəifləməsi Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə, təsir imkanlarının artmasına və Ermənistanı nəzarətə götürməsinə gətirib çıxara bilər. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Suriyada baş verən proseslər Cənubi Qafqaza da təsir göstərə bilər. 

“Təbii ki, Yaxın Şərqdə baş verən hadisələr dünyanın digər regionlarında, eləcə də Cənubi Qafqazda proseslərə də təsir göstərə bilər. 

Uzun illərdən sonra Türkiyə nəhayət ki, Suriyada həm Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminin qüvvələrini sıxışdırır, həm də ABŞ-nin himayəsində olan YPG/PYD terror təşkilatının fəaliyyətini məhdudlaşdırır. Yəni, Ankaranın hər iki istiqamətdə atdığı addımlar Türkiyənin milli təhlükəsizlik maraqlarına hesablanır və bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Burada ən önəmli məqam budur ki, rəsmi Ankara Türkiyənin milli təhlükəsizlik hədəflərini təmin edərkən həm Rusiya və İran, həm də ABŞ ilə müəyyən problemlərlə üzləşə bilər. Çünki həmin qüvvələrin də Suriyada maraqları var. Belə demək mümkünsə, Suriyada maraqların toqquşması prosesinə şahidi oluruq”. 

O qeyd edib ki, Suriyada məğlub olan tərəf Cənubi Qafqazda bunun revanşını almaq niyyətində ola bilər:

“Təkcə Suriyadakı proseslər deyil, həmçinin Ukraynadakı müharibə də Cənubi Qafqazda yeni vəziyyətin yaranmasına gətirib çıxara bilər. Əgər Rusiya Ukrayna böyük canlı qüvvə itkisinə məruz qalarsa, bu, Moskvanın Cənubi Qafqazda təsir imkanlarının məhdudlaşmasına yol açacaq”. 

Ekspert vurğulayıb ki, Yaxın Şərqdə baş verən yeni proseslər İranın da xeyrinə deyil: 

“Bu, Tehranın regionda mövqeyinin zəiflədəcək, o cümlədən Cənubi Qafqaza təsir imkanlarını məhdudlaşdırıcaq. Belə bir vəziyyətin davam edəcəyi təqdirdə Cənubi Qafqaz Türkiyə-Azərbaycan ortaq müttəfiqlik fəaliyyətinin təsiri altına düşəcək”. 

Seçilən
33
45
cebheinfo.az

10Mənbələr