Almaniya polisi Auqsburqda şəhərin Milad bazarında terror aktı hazırlayan iraqlı qaçqını saxlayıb. Bu barədə Welt telekanalı xəbər verir.Telekanalın məlumatına görə, İraq əsilli 37 yaşlı Əli Əl-G. (Almaniya Fərdi Məlumatların Mühafizəsi Qanununa görə tam adı verilmir) dekabrın 4-də sığınacaq axtaranlar üçün yataqxanada saxlanılıb. İddialara görə, o, şəhərin Milad bazarlarından birinə baş çəkib və “kəşfiyyat işinin bir hissəsi kimi” fotoşəkillər çəkdirib. Polis ehtiyat tədbiri olaraq həmin şəxsi saxlamağa qərar verib.
Telekanalın məlumatına görə, şübhəli şəxs sosial şəbəkələrdə “İslam Dövləti” terror qruplaşmasının fəaliyyəti barədə müsbət fikirlər səsləndirdiyi üçün artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini cəlb edib. İlkin olaraq Almaniya iraqlının sosial şəbəkələrdə şübhəli fəaliyyəti ilə bağlı məlumatı “xarici kəşfiyyat xidməti”ndən alıb. Onun İslam Dövləti üzvləri ilə əlaqə saxladığı qeyd edilir. Sosial şəbəkələrdə o, Milad bazarında avtomobili izdihamın üzərinə sürməyin mümkünlüyünü də qeyd edib. Belə terror aktları əvvəllər də Almaniyada baş verib.
Şübhəli şəxs 2023-cü ilin əvvəlində Almaniyaya gəlib və sığınacaq istəyib. Həbs edildikdən sonra iraqlının deportasiya prosesinə başlanılıb. Almaniya qanunvericiliyi qaçqınların terror təhlükəsi yarada biləcəyinə əsaslı şübhə olduqda onların deportasiyasına icazə verir.
Oxuməni.az