AZ

Sen-Marten müstəqillik uğrunda mübarizə aparır: "Pro Soualiga" Fondundan dekolonizasiyaya çağırış

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Təşəbbüs Qrupunun (BTQ) BMT ilə yaxşı əlaqələri var və ümid edirik ki, onların köməyi ilə problemlərimiz beynəlxalq ictimaiyyətə çatdırılacaq".
Oxu.Az-ın məlumatına görə, bu barədə Sen-Martendə "Pro Soualiga" Fondunun katibi Renat Brayson BTQ-nin təşkil etdiyi "Fransa və Niderlandın Sen-Martendə müstəmləkə hakimiyyəti - bir ada, bir xalq, bir tale" adlı tədbirdə jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, 2020-ci ildə yaradılan fondun əsas məqsədi Sen-Martenin müstəmləkədən tam azad olmasıdır.
"Biz 2020 və 2021-ci illərdə Niderland dövləti ilə məhkəmədə mübarizə apardıq, lakin təəssüf ki, uğur qazana bilmədik. Biz daxili işlərimizə daha az müdaxilə istəyirik. Seçilmiş rəsmilərimiz xarici təzyiq olmadan ölkəni idarə etmək imkanına malik olmalıdırlar", - deyə Brayson qeyd edib.
Fond katibinin sözlərinə görə, Sen-Martenin milli konstitusiyasında çatışmazlıqlar var və qubernator adanın daxili işlərinə müdaxilə etməyə imkan verən həddindən artıq səlahiyyətlərə malikdir. Bundan əlavə, konstitusiyaya hər hansı düzəliş Niderlandın razılığını tələb edir.
"Biz Sen-Martenin yenidən BMT-nin özünüidarə olunmayan ərazilər siyahısına daxil edilməsini istəyirik, sonra biz nə vaxtsa müstəqil olmağımıza imkan verəcək referendum keçirməyi planlaşdırırıq", - deyə Brayson vurğulayıb.
"Pro Soualiga" Fondu BTQ-yə Sen-Martenin qardaşlaşmış adası olan Boneyrə göstərdiyi dəstək və yardıma görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müstəmləkə hakimiyyəti Sen-Martenin idarəetmə sisteminə ciddi təsir göstərir. Yerli siyasətçilər Niderlandın müdaxiləsi olmadan adanı tam idarə edə bilmirlər. Belə ki, qubernator "Pro Soualiga" Fondunun üzvü Kristofer Emmanuelə, seçicilərin dəstəyinə baxmayaraq, nazir vəzifəsini tutmağı qadağan edib.
"Bu, yolverilməzdir, çünki xalq bir şəxsi öz nümayəndəsi seçirsə, qərar insanların, qubernatorun və ya Niderland dövlətinin deyil, xalqın olmalıdır", - deyə Renate Brayson bildirib.
Rufina Abdullayeva
Seçilən
67
19
oxu.az

9Mənbələr