AZ

Yeni ildə kimlər əfv edilə bilər? - Novella Cəfəroğlu açıqladı

"Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı əfv olmasını istəyirik. Biz humanist addımların atılmasının tərəfdarıyıq. Azərbaycan xalqı humanist xalqdır. Yaxşı olardı ki, bayram ərəfəsi növbəti dəfə belə bir addım atılsın".
 
Bu sözləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
 
O qeyd edib ki, əfvə düşmək istəyənlərin sayı yüzlərlədir:
 
“Əfv Komissiyasına da məktublar göndərmişik. Hüquq müdafiəçiləri və ictimaiyyətin ayrı-ayrı təbəqələri ilə birlikdə ölkə başçısına əfvlə bağlı müraciət etmək niyyətimiz var. Belə bir humanist addım atılsa, ölkəmizə dil uzadanların da ağzı bağlanar”.

Hüquq müdafiəçisi hesab edir ki, yeni il qabağı belə addım addım atmaq daha yaxşı olar:

“Bir ənənə formalaşmışdı. Mötəbər tarixlərdə belə qərarlar verilirdi. Azərbaycanın daxilində həmrəyliyimizi daima möhkəm saxlamalıyıq. Bizi özümüzdən başqa heç kəs sevən deyil. Onlar da millətimizin övladlarıdırlar. Səhflər, yanlışlar olar. Amma humanistlik ən böyük addımdır. Azərbaycanı, dövlətimizi sevmək lazımdır”.

Novella Cəfəroğlu həbsxanalardan və məhkəməsi hələ də davam edən şəxslərdən əfvlə bağlı müraciətlər aldıqlarını bildirib.

 
Seçilən
26
1
moderator.az

2Mənbələr