Xəbər verdiyimiz kimi, Lionel Messi dekabrın 11-də Bakıya gələcək.
Sportinmfo.az xəbər verir ki, səfərin detalları məlum olub.
İki saat davam edəcək tədbirin biletlərinin qiyməti isə 10-50 manat arasında dəyişir.
"İnter Mayami"nin (ABŞ) ulduzu və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.
Görüş Bakı Kristal Zalında baş tutacaq.
Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.
Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.
Satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.