AZ

ABŞ dövlət katibi Blinken: Cənubi Koreyada hərbi vəziyyətin aradan qaldırılmasından məmnunuq

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun qısa müddətdə hərbi vəziyyət elan etməsindən sonra müzakirələr davam edərkən ABŞ dövlət katibi Antoni Blinken Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul ilə telefonla danışıb.

Editor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller görüşlə bağlı açıqlamasında Blinkenin Cənubi Koreyada hərbi vəziyyət elan edilməsindən dərin narahatlığını ifadə etdiyini və qərarın ləğvini alqışladığını bildirib.

Blinken Cənubi Koreyanın demokratik prosesinin qalib gələcəyinə inandığını bildirib. Görüşdə Blinken ABŞ-Cənubi Koreya-Yaponiya arasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu münasibətlərdə son zamanlar əldə olunan irəliləyişlərin əhəmiyyətini vurğulayıb. ABŞ-ın Cənubi Koreya ilə müttəfiqliyinə sadiqliyini bir daha təsdiqləyən Blinken müttəfiqliyə qarşı istənilən təxribata və təhdidlərə qarşı Cənubi Koreyanın yanında olacaqlarını bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr