AZ

Ermənistanda hərbi xidmətə çağırış idarəsinin rəisi HƏBS OLUNDU

İrəvan hərbi xidmətə çağırış idarəsinin rəisi rüşvət almaqda şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İrəvan hərbi xidmətə çağırış idarəsinin rəisi hərbi xidmətdən azad olunmaq üçün 23 min dollar rüşvət almaqda şübhəli bilinir.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidmətinin İrəvan idarələrindən birinin rəisi üç nəfərin icbari hərbi xidmətdən azad edilməsinə və ya möhlət verilməsinə köməklik göstərdiyi üçün 23 min dollar rüşvət alıb,

Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan cinayət işi üzrə onun üç şəxsdən 10 min, 8 min və 5 min ABŞ dolları məbləğində rüşvət alması müəyyən edilib.

30 sentyabr 2024-cü il tarixdə prokurorluq tərəfindən hərbi xidmətə çağırış şöbəsinin rəisi barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. O, həbsdədir.

6 dekabr 2024-cü il tarixdə prokuror ittiham aktını təsdiq edərək cinayət prosesinin materialları ilə birlikdə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə təqdim edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr