Suriyada müxalifət addım-addım Dəməşqə doğru irəliləyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünən paytaxtdakı Hafiz Əsədin heykəli camaat tərəfindən dağıdılıb.
1982-ci ilin fevralında Suriyanın o zamankı prezidenti Hafiz Əsəd Müsəlman Qardaşlarına qarşı genişmiqyaslı hərbi əməliyyat başladıb və onu ən azı 30 min dinc sakinin öldürüldüyü qırğına çevirib.
Qeyd edək ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib.
Noyabrın 30-da Hələbin mərkəzinin böyük hissəsini rejim güclərindən ələ keçirən rejim əleyhdarı qruplar eyni gündə bütün İdlibdə nəzarəti ələ keçirib.
Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı \"Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan azad edilib.
Onu da əlavə edək ki, Hafiz Əsəd Suriyanın prezidenti Bəşər Əsədin atasıdır.
Mikayıl