AZ

SON DƏQİQƏ: Xüms ƏLƏ KEÇİRİLDİ, üsyançıların liderindən ŞOK SÖZLƏR: “Əsəd BİTDİ!”

“Məqsədlərdən danışsaq, inqilabın məqsədi bu rejimi devirməkdir. Bu məqsədə çatmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etmək isə bizim haqqımızdır. Bu rejimin məğlubiyyətinə ilə bağlı işartılar hər zaman olub.

Sadəcə İran və Rusiya verdiyi dəstəklə rejimin suqut vaxtını uzatmağa çalışırdı. Amma dəyişən nəsə olmadı. Bu rejim öldü!”.

Bunları Suriyadakı "Heyət Təhrir əş-Şam" (HTŞ) qrupunun lideri Əbu Məhəmməd əl Qolani xarici mediaya müsahibəsində bildirib.

O, müsahibəsində rejimi qüvvələrini necə məğlub etdiklərini, bundan sonra nələrin baş verə biləcəyini və hədəflərinin nə olduğunu açıqlayıb.

Qolani qeyd edib ki, ələ keçirilən bölgələrdə xalqın seçdiyi bir şura ilə idarəetmə qurulacaq: “Vətəndaş müharibəsində müsəlmanlarla yanaşı, xristianlar və digər milli azlıqlar da zülmə məruz qalıblar. Bizim idarəçiliyimizdə bunlar baş verməyəcək. Suriya tək bir liderin özbaşına qərarlar verdiyi hökumətə layiq deyil. Qurumlara əsaslanan hökumət və xalq tərəfindən seçilən bir şura formaldaşıdracağıq. Fərqli məzhəblərə və dinlərə qulluq edən insanlar bu bölgədə yüz illərdir bir yerdə yaşayırlar. Heç kimin onları oradan uzaqlaşdırmağa haqqı yoxdur”.

HTŞ lideri Əsəd rejiminin tamamilə devrilməsindən sonra Suriyada xarici qüvvələrə ehtiyac qalmayacağını vurğulayıb.

Qeyd edək ki, HTŞ Əsəd rejiminə qarşı başlatdığı qiyamın ardından bir çox kritik şəhər nəzarət altına alıb. Həma şəhər mərkəzinə nəzarəti ələ keçirən müxalif qruplaşma hazırda Homs vilayətinə doğru irəliləyir.

Suriyada “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşması Xümsün şimalında tam nəzarəti ələ keçirib.

Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl HTŞ Xümsün Rastan və Telbise rayonlarına nəzarəti ələ keçirmişdi.

Əlavə edək ki, Xüms və Dəməşq arasındakı məsafə 163 km-dir. Müxalif qüvvələr Xümsü ələ keçirsə, onlar üçün Dəməşqdən əvvəl son dayanacaq kimi Əl Nabək əyaləti qalacaq.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşılarımız da iştirak edə bilər.

Seçilən
48
musavat.com

1Mənbələr