İlon Mask ilə İsrail prezidenti girov məsələsini müzakirə ediblər
İsrail prezidenti İsaak Hersoq və məşhur amerikalı iş adamı İlon Mask israilli girovların azad edilməsi səylərini müzakirə ediblər.
Reyting.az xəbər verir ki, görüş girov ailələrinin müraciətindən sonra baş tutub.
İsrail prezidenti İsaak Hersoq ABŞ-nın 47-ci prezidenti seçilən Donald Trampın administrasiyasında çalışacağı gözlənilən iş adamı İlon Maskla Qəzza zolağında israilli girovların azad edilməsi səylərini müzakirəyə çıxarıb.
Bildirilir ki, görüş zamanı Hersoq və Mask israilli məhbusların azad edilməsinin vacibliyini diqqətə çatdırıblar.
E. KAMAL