AZ

Tuluq zurnası UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salındı

“Ənənəvi tulum istehsalı və ifası” UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabındakı paylaşımında Paraqvayın paytaxtı Asunsionda keçirilən UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Komitəsinin 19-cu Toplantısında daha bir şad xəbər aldıqlarını bildirib.

M.Ersoy Şimali Makedoniya ilə hazırlanan "Ənənəvi Tulum İstehsalı və İfası" faylının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salındığını bildirərək deyib:

"Bu uğurla UNESKO-dakı irs nümunələrimizin sayı 31-ə yüksəldi. Türkiyə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahılarında ən çox nümunəsi qeydə alan ikinci ölkə mövqeyini uğurla qoruyur".



Seçilən
21
trt.net.tr

1Mənbələr