İran hökuməti ABŞ-la ortaq dil taparaq, sanksiyaların yumuşaldılmasına nail olmaq istəyir. Tribunainfo.az xəbər verir ki, bu səbəbdən də Pezeşkian və komandası Donald Trampın vəzifəsinin icrasına başlkamasını gözləyir.
İran mediasında gedən xəbərlərdən belə anlaşılır ki, yaranmış iqtisadi böhran və onun qarşısının alınmamasının yeganə səbəbinin sanksiyalar olduğu artıq rejim tərəfindən də təsdiqlənir. Vəziyyətdən çıxmaq üçün isə Vaşinqtonla ortaq dil tapılmasının zəruri olduğu da qeyd edilir.
Hətta son günlər Pezeşkianın molla rejimini “İran rejimi tarixdən silinə bilər”ə dair xəbərdarlıq da edib.
ABŞ prezidenti Donald Trampın Qərbi Asiya məsələləri üzrə müşaviri Bulos isə deyib ki, onların İranla konfrantasiyaya getmək niyyətləri yoxdur. “Biz İranla rejim dəyişikliyi yox, ciddi dialoq axtarırıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta