Rusiya Prezidenti Vladimir Putinin ənənəvi geniş mətbuat konfransı və “Birbaşa xətt” birləşdirilmiş formatda dekabrın 19-da keçiriləcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Tədbir həqiqətən də dekabrın 19-da baş tutacaq. Bu, birləşdirilmiş formatda olacaq”, - deyə Kremlin rəsmi sözçüsü qeyd edib.