Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun keçirilməsinin böyük əhəmiyyəti var. Bu forumlarda səsləndirilən fikirlər qanunvericiliyimizdə əksini tapır.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dekabrın 6-da keçirilən iclasında komitə sədri Hicran Hüseynova söyləyib.
O bildirib ki, uşaqların müdafiəsi sahəsində ölkəmizdə böyük hüquqi baza yaradılıb, yeni qanunlar qəbul olunub.
“Ölkəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu baxımdan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi vacib əhəmiyyət kəsb edir",- deyə komitə sədri əlavə edib.