AZ

"Bakıdakı konfrans Sen-Martenə müstəqillik mübarizəsində kömək edəcək"

Bakıda Fransa və Niderland müstəmləkəçiliyi probleminə həsr olunmuş konfransın keçirilməsi metropoliyalara Sen-Martenin müstəqillik mübarizəsində ciddi olduğunu göstərəcək.

Bu barədə “Report”a müsahibəsində "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" konfransında iştirak edən Sen-Marten adasının sabiq səhiyyə naziri Pamela Rozanna Karti bildirib.

O qeyd edib ki, konfrans iştirakçıları Fransa və Niderland hakimiyyətləri tərəfindən mümkün təqib və təzyiqlərə hazır olsalar da, müstəqillik uğrunda mübarizəni davam etdirmək niyyətindədirlər: "Onlara ciddi olduğumuzu göstərsək, bəlkə o zaman bizimlə danışıqlar masasına oturarlar".

Sabiq nazir vurğulayıb ki, müstəqillik uğrunda mübarizə çətin proses olduğuna görə fəallar üçün Azərbaycanın və Bakı təşəbbüs qrupunun dəstəyi vacibdir: "Sistemə qarşı çıxanda bunu başa düşmək vacibdir. Biz başa düşürük ki, metropoliya bu ərazini idarə etməyə davam etmək istəyir. Bu mübarizə parkda asan gəzinti deyil".

Fəal vurğulayıb ki, Sen-Marten adasının gənc nəsli müstəqillik uğrunda mübarizə aparmağa hazırdır, çünki onlar müstəmləkə zülmünün nəticələrini hamıdan çox hiss edirlər: "İmkanlarımız çox məhdud olsa da, referendum keçiriləcəyi təqdirdə gənclərin qətiyyəti bizi yaxşı mənada təəccübləndirəcək".

EDnews

Seçilən
58
ednews.net

1Mənbələr