Rusiya prezidenti Vladimir Putin Minskə gedib.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Belarus paytaxtında o, prezident Aleksandr Lukaşenko ilə birlikdə İttifaq Dövlətinin Ali Dövlət Şurasını keçirəcək.
Dövlət başçılarının ayrıca görüşü də nəzərdə tutulub. Görüşdə Rusiya və Belarusun ümumi müdafiə məkanının gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Dövlət Şurasının iclası İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin 25-ci ildönümünə təsadüf edir. Rusiyanın baş naziri Mixail Mişustin də Minskə gedib.