54 yaşlı türkiyəli məşhur müğənni Serdar Ortaç instaqram səhifəsindəki paylaşımı ilə sevənlərini kədərləndirib.Missiya.Az xəbər verir ki, sənətçi bir neçə gün öncə əlil arabasında olan görüntülərini yayımlayıb.İfaçı daha sonra əlil arabasından ayağa qalxaraq köməkçilərin yardımı ilə terrasdakı oturacağa oturub.Xatırladaq ki, o Türkiyədə qanunsuz mərc oynamağa təşviq etdiyi iddiası ilə saxlanılıb. Bir müddət sonra müğənni, ev dustaqlığına buraxılıb.
Zərintac MayisqızıMissiya.Az