AZ

Avropa Gürcüstan hökumətinə təzyiq alətinə çevrilir – Spiker

“Avropa Gürcüstan hökumətinə təzyiq alətinə çevrilir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, 2022-ci ildə Gürcüstana namizəd statusu verilməzdən iki həftə öncə Avropa Parlamentində iki – Mixeil Saakaşvilinin azadlığa buraxılması və Rusiyaya qarşı sanksiyaların tətbiqi prosesinə qoşulmaq tələbinin yer aldığı qətnamə qəbul olundu.

“Bleləliklə, onlar Gürcüstan hökumətindən namizəd statusu əvəzinə əslində nəyin tələb olunduğunu göstərdilər. Dörd aydan sonra Avropa Komissiyası hesabat açıqlayır və bildirilir ki, Gürcüstan Moldova və Ukraynanı qabaqlayır. Necə oldu ki, bizə namizəd statusu verilmədi?Avropaya inteqrasiyanın belə bir siyasi ölçüsünü təəssüf ki, bəziləri hökumətə təzyiq vasitəsi kimi istifadə edirlər”, - Ş.Papuaşvili söyləyib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
37
teleqraf.com

1Mənbələr