AZ

Ərdoğandan diqqətçəkən açıqlama: "Hədəf Dəməşqdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada müxalifətlə hakimiyyət arasındakı silahlı toqquşmalar barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lider görüş istəyi ilə bağlı suriyalı həmkarı Bəşər Əsəddən müsbət cavab almadığını bildirib.

Prezident İdlib, Həma və Homs vilayətlərinin müxalifətin əlinə keçdiyini, hədəfin paytaxt Dəməşq olduğunu deyib:

“İdlib, Həma, Homs... əlbəttə, hədəf Dəməşqdir. Müxalifətin yürüşü davam edir. Ümid edirik ki, Suriyadakı bu qəzasız-bəlasız davam edəcək”.

Türkiyə lideri bölgədə münaqişə istəmədiklərini də vurğulayıb.

"Əsədə çağırış etdik ki, Suriyanın gələcəyini birlikdə müəyyən edək. Təəssüf ki, bu məsələ ilə bağlı müsbət cavab almadıq”, - deyə Ərdoğan əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
80
46
teleqraf.com

10Mənbələr