AZ

Gürcüstanın baş naziri açıqladı: Əli Babayevlə bağlı məsələ...

“Əli Babayevlə insidentlə bağlı məsələ aidiyyəti qurumların işidir, mən yalnız Aleko Elisaşvilinin hərəkətini növbəti əxlaqa zidd əməl kimi qiymətləndirə bilərəm”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında deyib.

Onun sözlərinə görə, A.Elisaşvilinin əməlində residivin olduğunu söyləmək olar.

“Siz yəqin bu insidentin yer aldığı videoyazıları görmüsünüz. Bu işi aidiyyəti qurumlar araşdıracaq, mən isə buna yalnız siyasi cəhətdən qiymət verə bilərəm”, - baş nazir söyləyib.

Xatırladaq ki, müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri A.Elisaşvili dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. O, ötən gün həbs edilib. Gürcüstanın Baş Prokurorluğu ona qarşı siyasi təqib ittihamı irəli sürüb. Müxalifətçinin törətdiyi əmələ görə üç ilədək həbs cəzası tətbiq edilir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
32
teleqraf.com

1Mənbələr