Dünyaca məşhur sahibkar və “Tesla” şirkətinin təsisçisi İlon Mask yenilikçi və enerjiyə qənaət edən bir ev layihəsini təqdim edib.
Musavat.com xəbər verir ki, cəmi 10 min dollara başa gələn bu ev gələcəyin sərfəli və ekoloji təmiz yaşayış konsepsiyasını əks etdirir.
Maskın sözlərinə görə, bu evlər həm texnoloji, həm də iqtisadi baxımdan əlçatan olacaq, xüsusilə də ailələr və fərdi yaşayış axtarışında olanlar üçün əhəmiyyətli yenilik təklif edir.
Evlər modulyar dizaynı və enerjiyə qənaət edən texnologiyası ilə diqqət çəkir. İnteqrasiya olunmuş ağıllı idarəetmə sistemləri və müasir texniki imkanlar bu tip evləri ənənəvi yaşayış yerlərindən fərqləndirir. Bu yeni konseptin qlobal miqyasda mənzil problemlərinin həlli üçün vacib bir addım olduğu vurğulanır.
Yeni layihə haqda detallı məlumat yaxın gələcəkdə təqdim olunacaq.
Musavat.com